BMT-nin mənzil-qərargahı önündəki aksiyada təxribat: ermənilər azərbaycanlılara hücum etdilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

BMT-nin mənzil-qərargahı önündəki aksiyada təxribat: ermənilər azərbaycanlılara hücum etdilər - Fotolar

Hadisə

17 Avqust 2023 00:16 1080


ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

“Report”un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər. Sezar pizza

Dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.

Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.

Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!