USAID dəstəyi ilə BMT-nin Ümumdünya Ərzaq Proqramı Ermənistana 750 min ABŞ dolları məbləğində yardım ayıracaq.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, vəsait sosial təhlükəsizlik şəbəkəsinin gücləndirilməsi çərçivəsində Əmək və Sosial İşlər Nazirliyinə çatdırılcaq.
USAİD-in Ermənistandakı missiyasının direktoru Con Allelo təşkilatın vətəndaşların, xüsusilə əhalinin həssas təbəqələrinin ehtiyaclarının ödənilməsində hakimiyyət orqanlarına dəstək verməsindən qürur duyduğunu bildirib. pizza
Proqram çərçivəsində Ermənistanın üç rayonundan 3 mindən çox ərzaq təminatı olmayan insana ərzaq ehtiyaclarını ödəmək üçün yardım göstəriləcək.
Telegram kanalımız