BMT Təhlükəsizlik Şurası İranı qınayan qətnamə qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

BMT Təhlükəsizlik Şurası İranı qınayan qətnamə qəbul etdi

Dünya

12 Mart 2026 00:16 541


BMT Təhlükəsizlik Şurası (TŞ) İranı ərəb ölkələrinə hücumları dayandırmağa çağıran qətnamə qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, qəbul edilmiş sənəddə ABŞ və İsrailin İrana hücumları qeyd olunmayıb.

Qətnamə Bəhreyn tərəfindən Fars körfəzi ölkələrinin dəstəyi ilə hazırlanıb . Sənədin lehinə TŞ-nin 15 üzvündən 13-ü səs verib. Rusiya və Çin səsvermədə bitərəf qalıblar. pizza mizza

Sənəddə qeyd olunur ki, BMT İran İslam Respublikasının Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya ərazilərinə qarşı yolverilməz hücumlarını ən sərt formada pisləyir.

Ölkələr İranın bu cür hərəkətlərini beynəlxalq hüququn pozulması hesab edirlər. Sənəddə, həmçinin İran hökumətinin Hörmüz boğazını bloklamaq üzrə hərəkətləri pislənilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!