BMT Təhlükəsizlik Şurası Qarabağı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

BMT Təhlükəsizlik Şurası Qarabağı müzakirə etdi

Dünya

30 Sentyabr 2020 07:28 1330


Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası qapalı iclasda Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

“Yeni Sabah” xəbər verir ki, mülki şəxslərin itkisini və güc tətbiq edilməsini pisləyən BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı münaqişəni dərhal dayandırmağa, gərginliyi azaltmağa və gecikmədən danışıqlara geri qayıtmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 müvəqqəti üzvünün iştirak etdiyi qapalı iclasdan sonra açıqlanan birgə bəyanatda Dağlıq Qarabağda təmas xəttində baş verən genişmiqyaslı hərbi əməliyyatlardan narahatlıq duyulduğu bildirilib. pizza sifarişi

Həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin münaqişənin dayandırılması və gərginliyin azaldılması ilə bağlı çağırışlarına dəstək verildiyi açıqlanıb. Təhlükəsizlik Şurası tərəflər arasındakı problemin həlli üçün Minsk qrupunu dəstəklədiyini də qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!