BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək - SƏBƏB

Dünya

14 May 2021 10:13 1309


BMT Təhlükəsizlik Şurası mayın 16-da Fələstin-İsrail münaqişə zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək.

Yenisabah.az-ın məlumatına görə, bu barədə BMT yanında ABŞ-ın daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Daimi nümayəndə öz "Twitter" səhifəsində qeyd edib: "BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün bazar günü görüş keçirəcək". Dominos pizza

Məlumata əsasən, iclas açıq formatda keçiriləcək və saat 10:00-da başlayacaq. İclasda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland çıxış edəcək. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!