BMT Yəmənlə bağlı QƏRAR VERDİ

saytların hazırlanması

Evə çatdırılma

BMT Yəmənlə bağlı QƏRAR VERDİ

Dünya

15 İyul 2025 08:53 463


BMT Təhlükəsizlik Şurası BMT-nin Hodeydada (Yəmən) atəşkəsə dəstək üzrə xüsusi missiyasının (UNMHA) mandatını altı ay uzadacaq qətnamə layihəsinə səs verib.

Yenisabah.az  xarici agentliklərə istinadən xəbər verir ki, sənəd Böyük Britaniya tərəfindən hazırlanıb və Təhlükəsizlik Şurasının üzvləri onu yekdilliklə qəbul edib.

Qətnamə beş bənddən ibarətdir. Təhlükəsizlik Şurası BMT Baş Katibindən missiyanın fəaliyyəti ilə bağlı aylıq hesabat təqdim etməsini tələb edir. Pepperoni pizza

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə “Ənsar Allah” üsyançı hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. O, ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətə səbəb olub./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!