BMW ağaca çırpıldı, sürücü öldü 

saytların hazırlanması

Evə çatdırılma

BMW ağaca çırpıldı, sürücü öldü 

Hadisə

14 Avqust 2024 11:32 826


Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində sürücü Əhməd Rəsulzadənin idarə etdiyi BMW markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Qəzanın təsirindən avtomobilə ciddi ziyan dəyib. 

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə Əhməd Rəsulzadə xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.  pizza hut

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təhqiqat aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!