BNA-dan “cərimə maşını” ilə bağlı açıqlama - Foto

saytların hazırlanması

Evə çatdırılma

BNA-dan “cərimə maşını” ilə bağlı açıqlama - Foto

Sosial

26 Noyabr 2019 09:06 1145


Bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma durma qaydalarını pozan sürücüləri cərimə etmək üçün yeni avadanlıqdan istifadə edəcəyi ilə bağlı məlumatlar yayılıb. 

Əldə olunan məlumatda qeyd olunub ki, artıq yeni cihazlar BNA-nın xüsusi avtomobillərinə quraşdırılır. Agentliyin həmin avtomobillərinin yaxın günlərdə şəhərdə fəaliyyətə başlayacağı və hərəkətdə olarkən belə yeni cihaz vasitəsi ilə yol qırağında dayanan sürücüləri cәrimәlәyəcəyi bildirib. Baku.ws-in yaydığı xəbərdə o da vurğulanıb ki, bu unikal "cərimə maşını" ilə yaxın günlərdə bütün sürücülər tanış olacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. “Yeni Sabah”a danışan qurumun rəsmisi bu məlumatları nə təsdiq, nə də inkar edib: Marqarita pizza

“Mətbuatda bu xəbərlər kim tərəfindən, nə üçün yayılıb, bilmirəm. Bu, rəsmi olduqda özümüz mətbuatı məlumatlandıracağıq”.  

Sabrina Eldarqızı



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!