Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenisabah.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, şəhər mərkəzi və “Koroğlu” metrostansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib. pizza
Qeyd edilib ki, sıxlıq ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb: "Qəza ilə əlaqədar "ASK ARENA"dan "Koroğlu" istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb".
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, ölən və yaralananların olduğu bildirilir.
Telegram kanalımız