Dünən "Facebook" sosial şəbəkəsində 175 saylı marşrut xəttindəki avtobusların kütləvi nasazlığı ilə bağlı məlumat paylaşılıb. Məlumata görə, son 4 gündə bu xəttdəki 3 avtobus texniki problem yaşayıb. Dispeçer sərnişinlərə deyib ki, bunlar əslində 7A-nın avtobuslarıdır, ancaq nasaz olduğuna görə 175 saylı marşrut xəttinə verilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Yeni Sabah”a açıqlamasında bu iddiaları təkzib edib:
““BakuBus”da hər bir avtobus xətti üzrə avtobuslar müəyyənləşir. Birincisi avtobusların texniki baxımdan nasaz olmasından söz gedə bilməz. Hansısa avtobusda texniki problem yarana bilər. O da qısa müddət sonra aradan qaldırılır. Amma kütləvi şəkildə 7A , yaxud da “BakuBus”un digər xətlərindəki texniki baxımdan yararsız olan avtobusların məqsədli şəkildə 175 nömrəli avtobusa verilməsi heç bir halda həqiqəti əks etdirmir”. pizza sifarişi
Onun sözlərinə görə, bu məlumatı verən şəxsin dispeçer olub-olmadığı da dəqiq deyil:
“Dispeçerin sözü nə vaxtdan səlahiyyətli söz sayılır? Birincisi dispeçerin kimliyi ortalıqda yoxdur. Sadəcə deyilir ki, bu məlumatı dispeçer verib”.


Elnarə İlham
Telegram kanalımız