BOK Rusiyada keçiriləcək oyunları boykot etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

BOK Rusiyada keçiriləcək oyunları boykot etməyə çağırdı

İdman

19 Mart 2024 15:15 966


Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançıları Rusiyada keçirilməsi planlaşdırılan Dostluq Oyunlarında iştirakdan imtina etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, BOK-un saytındakı bəyanatında deyilir:

“Olimpiya Hərəkatı idmanın tamamilə siyasiləşdirilməsinə yönəlmiş istənilən təşəbbüsü, xüsusən də Rusiya hökuməti tərəfindən tam siyasiləşdirilmiş idman tədbirlərinin yaradılmasını qətiyyətlə pisləyir”. Pepperoni pizza

Müraciətin mətnində qeyd olunur: “BOK Olimpiya hərəkatının bütün maraqlı tərəflərini və bütün hökumətləri beynəlxalq idmanın tam siyasiləşdirilməsinə yönəlmiş hər hansı təşəbbüsdə iştirakdan və ya dəstəkdən imtina etməyə çağırır”.

Dünya Dostluq Oyunları 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçiriləcək. Bundan əvvəl BRİKS Oyunları iyunun 20-dən 23-dək Kazanda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!