Boks üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Boks üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər

İdman

23 Dekabr 2021 15:00 815


Boks üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər.

Yenisabah.az xəbər verir ki, bu haqda məlumatı Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov açıqlayıb.

Bakıda səfərdə olan rusiyalı funksioner bildirib ki, ölkəmiz dünyamiqyaslı turnirlərdən birinə ev sahibliyi edəcək. Bunun hansı yarış olması Azərbaycan Boks Federasiyası ilə müzakirələrdən sonra dəqiqləşəcək: “Azərbaycanda beynəlxalq turnirlərin keçirilməsi gözlənilir. Nəinki beynəlxalq, hətta böyük dünya səviyyəli tədbir gözlənilir. Hələ bunu deməyə hazır deyiləm. Hələlik müzakirələr mərhələsindəyik. Ola bilər ki, bu dünya çempionatı olsun. Bizdə dünya çempionatından başqa dünya kuboku yarışı da var. İndi yarımpeşəkarlar üçün WSB-ni bərpa edirik. Bundan başqa “Çempionlar gecəsi” liqası da olacaq. Dünya çempionatı kimi olan “Qızıl əlcək” yarışı da var. Müzakirə edib nədən başlayacağımıza qərar verəcəyik”. Marqarita pizza

Qeyd edək ki, dünən Bakıya gələn Kremlyovun səfəri sabah yekunlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!