Boksçu bir zərbə ilə adam öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Boksçu bir zərbə ilə adam öldürdü

Kriminal

28 İyul 2020 23:52 1257


Rusiyanın Barnaul şəhərində boksçu Mixail Startsev və kikboksinq üzrə dünya çempionu Liliya Voroquşina əlil kişini əl ağacı ilə döyüb. 

Yenisabah.az xəbər verir ki, davaya 40 yaşlı Pavel Roxlov adlı şəxs qarışıb. Roxlov kikboksçu qadını vurub. Startsev isə onun sifətinə güclü zərbə endirib. Nəticədə Roxlovun başı asfalta çırpılıb və o, yerindəcə keçinib. 

Startsev artıq həbs olunub. Ona qarşı "Bilərəkdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan ölümlə nəticələndikdə" maddəsi ilə ittiham irəli sürülüb. 38 yaşlı idmançı boks üzrə Rusiya çempionatlarının dəfələrlə iştirakçısı olub. (Report) Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!