Boksçularımız 2 medalla qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Boksçularımız 2 medalla qayıtdı

İdman

23 Oktyabr 2022 10:03 932


Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib. Dominos pizza

Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!