Boksçularımız Avropa çempionatına yollandı

saytların hazırlanması

Evə çatdırılma

Boksçularımız Avropa çempionatına yollandı

İdman

13 Oktyabr 2021 12:33 778


Oktyabrın 15-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Bu haqda Yenisabah.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

9 günlük yarışa baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 boksçu yollanıb. Marqarita pizza

Turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.

Budvada Fuad Aslanov hakim kimi ölkəni təmsil edəcək.

Qeyd edək ki, bu gün səfərə çıxan komandamız oktyabrın 24-də Bakıya qayıdacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!