Boksçularımız beynəlxalq turnirdə 3 medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Boksçularımız beynəlxalq turnirdə 3 medal qazandı

İdman

22 Oktyabr 2023 11:00 351


Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan millisi 15 ölkənin iştirak etdiyi yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.

Yenisabah.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) finalda rusiyalı Nemət Səfərovla döyüşüb. Rəqib qələbə qazandığından boksçumuz gümüş medala yiyələnib.

Ondan öncə Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) “Qızıl əlcəy”i 3-cü yerdə bitiriblər. Dördpendirli pizza

Yarışın ən yaxşı hakimi adına isə Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz “Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!