Boksçularımız beynəlxalq yarışı 7 medalla başa vurdu 

saytların hazırlanması

Evə çatdırılma

Boksçularımız beynəlxalq yarışı 7 medalla başa vurdu 

İdman

22 Yanvar 2024 12:03 819


Boks üzrə Azərbaycan millisi 2024-cü ilə uğurla başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb. 

Bildirilib ki, yığmamız Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunu 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.  Dördpendirli pizza

Banuçiçək Nəsirli (46 kq), Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) qızıl, Aynur Rzayeva (81 kq) isə gümüş medalla turniri başa vurublar. 

Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) isə bürünc medala sahib olublar. 

Qeyd edək ki, millimiz bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!