Boksçularımız MDB Oyunlarında 10 medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Boksçularımız MDB Oyunlarında 10 medal qazandı

İdman

13 Avqust 2023 10:19 1022


Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, millimiz turniri 10 medalla başa vurub.

Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar. pizza

Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.

Yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub. Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!