YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəlib medalı təmin etdi

Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəlib medalı təmin etdi

İdman

30 Sentyabr 2022 19:50 729


İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

Boks Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan boksçu Mahur Marikyanla (Ermənistan) döyüşüb. Əlizadə hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb.

Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, 1/2 final döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.

Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!