Boksçumuz Avropa çempionatının yarımfinalında

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz Avropa çempionatının yarımfinalında

İdman

15 Noyabr 2023 23:37 907


Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib.

Yenisabah.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.

O, 1/4 finalda İrina Vinaradavanı (Belarus) məğlub edib. Savriyeva 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə qələbə qazanıb. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Dördpendirli pizza

Boksçumuz finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!