Boksçumuz Avropa ikincisi oldu

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz Avropa ikincisi oldu

İdman

20 Oktyabr 2024 18:19 676


Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib. Sezar pizza

Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!