Boksçumuz dünya birinciliyində yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz dünya birinciliyində yarımfinala yüksəldi

İdman

20 Aprel 2021 09:20 780


Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. 

Yenisabah.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb. 

49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.  pizza mizza

Boksçumuz finala vəsiqə üçün rusiyalı Robert Bədəlyanla qarşılaşacaq. 

Hüseynovdan fərqli, millimizin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar. (Apasport.az)

Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 20-də, final qarşılaşmaları isə ayın 23-də olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!