Boksçumuz dünya çempionatına qələbə ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

İdman

02 May 2023 10:59 703


Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start verilib. 

Yenisabah.az xəbər verir ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. 

57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 final çərçivəsində Suleyman Samqhouli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:27) hesablı qələbəsi ilə yekunlaşıb. Rüstəmov növbəti görüşündə türkiyəli Batuhan Citfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq.  Dominos pizza

Eldar Quliyev (92 kq) isə 1/32 finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə vidalaşıb. 

Qeyd edək ki, dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlını (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuoru (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!