Boksçumuz finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz finala yüksəldi

İdman

07 İyun 2021 23:26 1549


Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Yenisabah.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan bu hüquqa yiyələnib. Buna rəqibinin yarımfinal qarşılaşmasından imtina etməsi səbəb olub.

Hər iki boksçu Tokio-2020-yə lisenziyaya yiyələndiyindən İspaniyanı təmsil edən Qazimaqomed Jalidov Dominqeslə mübarizədən imtina edib. Pepperoni pizza

Yığmamızın digər boksçularından Lorenzo Sotomayor (69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq. Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından bürünc medalla kifayətləniblər.

Turnirin final döyüşləri sabah olacaq.

Qeyd edək ki, kişi boksçulardan ibarət milli komandamızın 5 üzvü Tokio-2020-də iştiraklarını rəsmiləşdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!