Boksçumuz Tokio-2020-yə lisenziya qazandı

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz Tokio-2020-yə lisenziya qazandı

İdman

17 Mart 2020 00:53 718


Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb. 

Boks Federasiyasından "Yeni Sabah"a daxil olan məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev bu hüquqa yiyələnib. 

Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.   Dördpendirli pizza

57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub. 

Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!