“Bölgədə daimi sülh əldə olunmalıdır“ - Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Bölgədə daimi sülh əldə olunmalıdır“ - Çavuşoğlu

Rəsmi

11 Oktyabr 2022 14:04 874


"Azərbaycan ilə Ermənistan daimi sülh sazişi imzalamalıdır. İki dövlət 5 əsas prinsip barədə razılaşıb. İndi bu prinsiplər həyata keçirilməlidir".

Yenisabah.az "TVNet"ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında müzakirələr artıq daha yaxşı irəliləyir: pizza hut

"Azərbaycanın Qarabağ zəfərindən sonra bir məsələ vurğulanmalıdır ki, sabitlik çox vacibdir. Artıq münaqişə bitib, düzdür, sülh istəməyən bir çox insanlar var. Amma Ermənistan bir şeyi başa düşməlidir. Dayanıqlı sülh əldə olunmalıdır. Müzakirələr artıq daha yaxşı irəliləyir. Brüssel və Praqa görüşləri bunu təsdiq edir. Yekunda Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişini əldə etməsi lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!