Bölgələrdə yağışlı hava 17-dək davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə yağışlı hava 17-dək davam edəcək

Sosial

16 Avqust 2025 10:18 719


Azərbaycan ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub. Sezar pizza

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 17-si axşamadək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!