Bölgələrdən Bakıya gələcək sərnişinlərin nəzərinə - Video

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdən Bakıya gələcək sərnişinlərin nəzərinə - Video

Sosial

04 Yanvar 2020 18:51 1093


Sabahdan etibarən bölgələrdə avtovağzallardan və avtostansiyalardan Bakıya gələnlərin sayında artım olacaq.

"Yeni Sabah" xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, ölkənin 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi davam edir. Bayramın son günlərində sıxlıq yaşanan region avtovağzalları ehtiyat avtobuslarla təmin ediləcək

Qurumdan həmçinin bildirilib ki, süni qiymət artımına da ciddi nəzarət ediləcək. pizza sifarişi

Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin sözçüsü Pərvin Məmmədova isə bildirib ki, dekabrın 25-dən etibarən bu günə qədər bölgələrə 100 mindən artıq sərnişin daşınıb. Buna görə də bölgələrdən Bakıya kifayət qədər insanın üz tutacağı gözlənilir.

Həmçinin o da bildirilib ki, ehtiyac olan bütün avtovağzal və avtostansiyalar əlavə avtobuslarla təmin ediləcək.

Mövzu ilə bağlı “Xəzər Xəbər”in daha ətraflı videomaterialı təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!