“Bölgənin sərhədlərində dəyişiklik İranın qırmızı xəttidir“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Bölgənin sərhədlərində dəyişiklik İranın qırmızı xəttidir“ - Deputat

Rəsmi

08 Oktyabr 2021 14:27 1752


"Bölgə ölkələrinin ərazi bütövlüyü və suverenliyinə hörmət və sərhədlərin hər hansı bir dəyişiklik edilməsi İranın qırmızı xəttidir".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin deputatı Əli Rezayi bildirib.

O, ölkənin şimal-qərb sərhədlərində baş verən son hadisələrdən şərh edərək, Azərbaycan Respublikasının rəsmilərinə İranın dost və qonşu ölkə kimi maraqlarına hörmət etməyi və sionistlərin (İsrail - red.) hərəkətlərinin qarşısını almağı tövsiyə edib.  Dördpendirli pizza

"İslam Respublikası qondarma sionist rejimin istənilən bəhanə ilə dağıdıcı fəaliyyətinə icazə verməyəcək. İran son 30 ildə Azərbaycan Respublikası ilə yaxşı qonşuluq və qardaşlığını praktiki olaraq sübut edib. Buna görə də Qafqaz regionundakı tranzit yollarında əngəl yaratmaq yaxşı qonşuluq siyasətinə ziddir".

Əli Rezayi "Xeybər Fatehləri"nin keçirilməsini İranın "təbii və suveren haqqı" adlandırıb:

"İran İslam Respublikası istənilən hərəkəti izləyir və hər cür pis niyyətə cavab verməyə hazırdır. Bu təlimin əsas yanaşması ölkəmizə qarşı baş verə biləcək hər hansı bir təhlükədən çəkindirməkdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bayram Hacibalayev
    Yalaci serefsizdi ifan bytun qonsulari ile arasi yoxdu dusmendi cenubda Pakistan Simalda Turkiye serqde Turkmenistan qerbde de Ereb dovletleri
    5 years ago