Bolqarıstan Azərbaycandan qaz idxalını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Bolqarıstan Azərbaycandan qaz idxalını artırdı

İqtisadiyyat

02 İyul 2023 11:28 4577


Bolqarıstan 2023-cü ilin aprelində Azərbaycandan 74,8 milyon kubmetr təbii qaz idxal edib, martda bu göstərici 44,5 milyon kubmetr olub.

Bu barədə Avropa İttifaqının Statistika İdarəsi – Eurostat məlumat yayıb.

Beləliklə, Azərbaycandan ölkəyə qaz idxalı əvvəlki ayla müqayisədə 68 faizdən çox artıb. Marqarita pizza

Apreldə qaz tədarükünün dəyəri martda qeydə alınan 30,5 milyon avro göstəricisi ilə müqayisədə 29,9 milyon avro təşkil edib ki, bu da 2 faizdən çox azalma demək olub.

Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz idxalına başlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!