Bolqarıstanda büdcə qanununa görə kütləvi etirazlar keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Bolqarıstanda büdcə qanununa görə kütləvi etirazlar keçirilir

Sosial

27 Noyabr 2025 01:37 654


Dövlət büdcəsinin əsas parametrlərinin dəyişdirilməsini tələb edən müxalifətin genişmiqyaslı etiraz aksiyası Bolqarıstanda paytaxtın mərkəzini iflic edib. Yeni büdcə ilk dəfə avro ilə hazırlanacaq.

"Yeni Sabah" xəbər verir ki, parlament, hökumət və prezident administrasiyası ətrafındakı küçələrə bir neçə min insan çıxıb və onlar parlamentin bütün giriş–çıxışlarını bağlayıblar.

Vətəndaşlar büdcə parametrlərinin dəyişdirilməsində israr edir, xüsusilə pensiya vəsaitinin 2% artırılmasından və depozitlərə vergi tətbiqindən imtina edilməsini tələb edir, həmçinin büdcə sektorunda maaşların artırılmasını və vəsaitlərin müxtəlif istiqamətlər üzrə yenidən bölüşdürülməsini istəyirlər. Pepperoni pizza

Şəhərin mərkəzində polis gücləndirilmiş iş rejimi ilə işləyir, inzibati binaları isə jandarmeriya qoruyur.

Etirazlar ölkənin digər şəhərlərinə də sıçrayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!