Bolqarıstanda erkən parlament seçkilərində səsvermə başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Bolqarıstanda erkən parlament seçkilərində səsvermə başa çatdı

Dünya

11 İyul 2021 23:51 1304


Bolqarıstanda erkən parlament seçkilərində səsvermə sona çatıb.

Yenisabah.az "TASS"a istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi bağlanıb və seçki komissiyaları səsləri saymağa başlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, saat 16: 00-a qədər seçici fəallığı 27,20% -ə çatıb, səsvermədə 1,8 milyon nəfərə yaxın insan iştirak edib. Bu da 4 aprel seçkilərindən xeyli azdır. Dördpendirli pizza

Seçkilərdə ciddi qanun pozuntuları olmayıb, lakin MSK qanun pozuntusu ilə gün ərzində səhifələrində exit poll məlumatları dərc edən bir neçə internet nəşrini cərimələməyə qərar verib.

Bolqarıstan Xalq Məclisində (parlamentdə) 23 partiya və koalisiyaların nümayəndələri 240 yer uğrunda mübarizə aparıblar./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!