Əfqanıstanın Pərvan vilayətinə bombalı hücum təşkil edilib.
Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində 5 təhlükəsizlik xidməti işçisi həyatını itirib.
Pervan Polis İdarəsinin rəisi Əbdül Vasi Rəhimi məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada yol kənarına yerləşdirilən bombanın təhlükəsizlik qüvvələri ərazidən keçərkən partladığını diqqətə çatdırıb. pizza sifarişi
Hücumun kim tərəfindən törədildiyi hələ ki müəyyənləşməyib. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız