"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Yenisabah.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Tovuz təmsilçisi 2023/24-cü illər mövsümündə 10 qolla komandanın ən sərrast futbolçusu olan nigeriyalı hücumçu ilə daha 1 il müddətinə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Otto Con 2024/2025-ci illər mövsümünün sonunadək "Turan Tovuz"da oynayacaq. Marqarita pizza
Xatırladaq k, "Turan Tovuz" daha əvvəl Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano və Sadiq Quliuevlə də yeni müqavilələr imzaladığını açıqlayıb.
Telegram kanalımız