Boris Conson əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Boris Conson əməliyyat olundu

Maraqlı

20 İyun 2022 16:17 961


Böyük Britaniyanın Baş naziri Boris Conson iyunun 20-də burun nahiyəsindən cərrahiyyə əməliyyatı olunub. 

“Report” xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, Baş nazir əməliyyatdan sonra istirahət edir. pizza

Vurğulanıb ki, B.Concon səhər saat 6-dan evdən əvvəlcədən planlaşdırılan əməliyyata gedib və saat 10-da qayıdıb.

Məlumata görə, Böyük Britaniyanın hökumət başçısı burunətrafı ciblərin iltihabından, sinusitdən cərrahiyyə əməliyyat olunub.

Qeyd olunub ki, B.Conson birinci dəfə 2020-ci ildə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. Onun mətbuat katibi indiki əməliyyatın COVID-19-la heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Hazırda Boris Consonu müavini və ədliyyə naziri Dominik Raab qismən əvəzləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!