Boris Conson məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Boris Conson məhkəməyə verildi

Dünya

06 Oktyabr 2019 21:23 1110


Böyük Britaniyanın Baş naziri Boris Conson məhkəməyə verilib.

"Yeni Sabah" "Azərtac"a istinadən xəbər verir ki, biznesmen Deyl Vins, vəkil Co Mauqam və Şotlandiya İcmalar Palatasının üzvü Jovanna Çerri Şotlandiyanın ən yüksək məhkəməsinə müraciət edərək Baş nazirin “Benn aktı”na nə dərəcədə əməl edəcəyinə aydınlıq gətirməsini tələb ediblər.

Sentyabr ayında İngiltərə Parlamentində Leyboristlər Partiyasının üzvü Hilari Benn tərəfindən təqdim olunaraq qəbul edilən “Benn aktı”, ölkənin müqavilə olmadan Avropa İttifaqından (Aİ) oktyabrın 19-dək müqaviləsiz ayrılması dəqiqləşərsə, B.Consonun “Brexit” prosesinin təxirə salınması barədə müraciət etməsini nəzərdə tutur. Dördpendirli pizza

Baş nazir son açıqlamasında istər müqavilə ilə, istərsə də müqaviləsiz İngiltərənin Aİ-ni oktyabrın 31-də tərk edəcəyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!