“Borjomi“də iş dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Borjomi“də iş dayandırıldı

Rəsmi

31 May 2022 16:44 900


“Gürcüstanın “Borjomi” mineral su istehsalı zavodlarının işçiləri müddətsiz və genişmiqyaslı tətil elan ediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Həmkarlar İttifaqının sədri Georgi Diasamidze Borjomidə keçirilən mitinqdə bildirib.

“Aprelin sonunda “IDS Borjomi” Ukraynadakı maliyyə problemlərinə görə  Gürcüstanda hasilatın müvəqqəti dayandırıldığını elan etmişdi. İşçilərə yeni şərtlər təklif olundu, bəziləri bununla razılaşmayaraq etiraz aksiyalarına başladılar. Nəticədə 50 nəfər işdən ayrılıb. pizza

Heç bir eskalasiya, qarşıdurma yoxdur. Bir-birimizlə qarşılaşmayacağıq. Biz qanunu pozmaq fikrində deyilik. Nə qədər vaxt aparsa da, biz qələbəyə sülh və sakitliklə gedəcəyik”, - deyə Diasamidze vurğulayıb.

Onun fikrincə, son aylarda işdən çıxarılan bütün işçilər istisnasız olaraq zavodlara qayıdanda tam qələbə olacaq. "Bütün zavod işçilərinin banklarda kreditləri var və onlar faizləri ödəyə bilmirlər. Gürcüstanda əhalinin maddi vəziyyəti acınacaqlıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!