Borucerdi: Hərbi doktrinada atom bombası yaratmaq yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Borucerdi: Hərbi doktrinada atom bombası yaratmaq yoxdur

Dünya

09 İyul 2025 15:10 205


İranın hərbi doktrinasında atom bombası hazırlamaq yoxdur.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İslami Şura Məclisinin (İran parlamenti - red.) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi deyib.

"Ali Rəhbərin fətvasına əsaslanaraq atom bombası əldə etmək üçün planlaşdırma, hərəkət və səy göstərilmir. İranın hərbi doktrinasında belə bir müddəa yoxddur. pizza mizza

Məncə, IAEA rəhbəri Rafael Qrossi beynəlxalq atom agentliyə böyük xəyanət etdi və bu yalan xəbərlə agentliyin nüfuzunu çökdürdü. Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə bütün əməkdaşlığı dayandırmaq qərarına gəldik. Müvafiq olaraq, agentliyin müfəttişləri İrandan qovulub və ölkənin bütün nüvə fəaliyyətləri onların nəzarətindən uzaqdır", - deyə Borucerdi vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!