Boşanmaq istəyən arvadına qəsd edən kişi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Boşanmaq istəyən arvadına qəsd edən kişi həbs olundu

Kriminal

11 Oktyabr 2022 11:23 1113


Bakı Ağır Cinayətlər Məhkəməsində ondan boşanmaq istəyən arvadını bıçaqlayan 1988-ci il təvəllüdlü Heydər Nadirova hökm oxunub.

Yenisabah.az xəbər verir ki, hadisə bu ilin mayın 5-də baş verib.

Jalə Nadirova bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və s. səbəblərə görə birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr baş verib. Sezar pizza

Qadın ərindən bıçaqlanma hadisəsindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma barədə qərar birgə qəbul olunub və bundan sonra Jalə Nadirova kirayə evə köçüb. Buna baxmayaraq, əri onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib.

Heydər həmin ünvana gələrək Jalədən ona uşaqlarını göstərməyini istəyib və başqa bir kişi ilə münasibətdə olub-olmadığını soruşub. Jalə “yox” cavabı versə də, Heydər bu sualında israr edib və Jalə bezərək münasibəti olduğunu deyib.

Bundan qəzəblənən Heydər əlindəki dəmir parçası ilə Jaləyə qarın nahiyyəsindən xəsarət yetirib.

Heydər Nadirovun barəsində sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!