Ondan boşanmaq istəyən həyat yoldaşını amansızlıqla öldürdü.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinən Orucov Zaur Vaqif oğlunin cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işində zərərçəkən qismində mərhumun anası Quliyeva Vəfa Qalib qızı tanınıb.
Qətl 2019-cu il noyabrın 16-da Gəncədə baş verib. Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov həyat yoldaşı Nuranə Orucovanı öldürüb. Qətlə qadının boşanmaq istəməsi səbəb olub. Belə ki, kişi qadın yuxuda olarkən yataq otağının pəncərəsindən daxil olaraq, ona üstündə gətirdiyi bıçaqla səkkiz zərbə vurub. Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Z.Orucov hadisəni törətdikdən sonra qaçıb. pizza sifarişi
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Zaur Orucov Bakıda həbs edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Azər İsrafilov
Telegram kanalımız