Boşanmaq istəyən qadının əri özünü yandırdı - Tərtərdə

saytların hazırlanması

Evə çatdırılma

Boşanmaq istəyən qadının əri özünü yandırdı - Tərtərdə

Hadisə

08 İyun 2021 14:22 903


Ötən gün Tərtər rayonunun Bəyimsarov kənd sakini, 59 yaşlı N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. İntihara cəhdin qarşısı alınarkən polis əməkdaşları əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar.

Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir. pizza

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!