“Boşanmaq üçün son qərarı mən verdim” - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Boşanmaq üçün son qərarı mən verdim” - Müğənni

Şou

30 Mart 2024 09:23 426


Həyat yoldaşı Zaur Cəlillə boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova "7 tamam" verilişində qonaq olub. 

Axşam.az xəbər verir ki, şəxsi həyatından danışan ifaçı ayrılıq qərarlarına ailələrin müdaxilə etmədiyini və son qərarı özünün verdiyini bildirib:

"Heç barışmaq imkanımız yoxdur. Boşanmağımıza az qalıb, artıq sonuncu məhkəmədir. Ailələr ayrılmağımıza qarışmadı. Qərarı özümüz verdik. Son qərarı isə mən verdim. Artıq barışmağın yeri yox idi. Mən elə bir insanam ki, çox güzəşt edirəm. Amma bitdi dedimsə, vəssalam. Ayrılmaq üçün səbəblər üst-üstə toplandı və bu həddə çatdı. İnşallah ki, övladları da böyüdəcəyik, yaxşı olar". Sezar pizza

Qeyd edək ki, Zaur ötən ilin sentyabrında "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə yazmışdı. 

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçmüş və sənətdən uzaqlaşmışdı. Cütlüyün 3 övladı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!