Boşanmış qadınlar “Ərim içirdi, gəzirdi” deyə bilməyəcək - Qadağa

saytların hazırlanması

Evə çatdırılma

Boşanmış qadınlar “Ərim içirdi, gəzirdi” deyə bilməyəcək - Qadağa

Maraqlı

28 Fevral 2024 14:29 2036


Qırğızıstanda boşanmış qadınların sosial şəbəkələrdə əri və onun valideynləri haqqında pis fikir bildirməsinə qadağa qoyulması təklif edilib. 

Musavat.com 24.kg-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sədri Akılbek Japarov müavini Edil Baysalova sosial şəbəkələrdə çıxan yazıların monitorinqinə başlamağı tapşırıb.

“Biz adət-ənənələrimizə zidd olan məlumatların yayılmasını məhdudlaşdırmalıyıq. Bəzi qadınlar öz atalarını tərifləyirlər, eyni zamanda qayınanalarını, qayınatalarını ləkələyirlər. Boşananda isə sosial şəbəkələrdə pis fikirlər yazırlar. Onlar nümunə deyillər”, - deyə Nazirlər Kabinetinin sədri bildirib. Pepperoni pizza

Qeyd edək ki, Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonuna məişət zorakılığı qurbanlarının sayı 13 min 104 nəfər olub. Onların 95 faizini qadınlar təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!