Üç min ton qarğıdalı ilə Ukraynadan İtaliyaya üzən “Lady Zehma” yük gəmisi cümə axşamı İstanbulun Bosfor boğazında saya oturub.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, insident gəmi İstanbulun Bebek səmti yaxınlığından keçərkən baş verib. pizza
Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə 4 yedək gəmisi göndərilib.
Telegram kanalımız