Bosniya rəhbərliyi Lavrovla görüşü boykot etdi

saytların hazırlanması

Evə çatdırılma

Bosniya rəhbərliyi Lavrovla görüşü boykot etdi

Dünya

15 Dekabr 2020 13:59 1219


Bosniya və Hersoqovina rəhbərliyi Rusiya XİN rəhbəri Sergey Lavrovu boykot edib.

Yenisabah.az xəbər verir ki, bu gün ölkənin Rəyasət Heyətinin sədrləri Komşiç (xorvat) və Caferoviç (Bosniya müsəlmanları) Lavrovla Sarayevo şəhərində planlaşdırılan görüşə qatılmayıblar. Əvəzində Rəyasət Heyətinin serbiyalı üzvü Dodik diplomatla görüş keçirib.

Xorvat və Bosniya müsəlmanları icmasının boykot addımı Lavrovun 1995-ci ildə ölkədə vətəndaş müharibəsini dayandıran Deyton sazişini tənqid etməsi ilə əlaqələndirilir. Pepperoni pizza

Xatırladaq ki, Bosniya və Hersoqovina xorvat, serb və müsəlman icmasının seçdiyi 3 nəfərlik kollektiv Rəyasət Heyəti tərəfindən idarə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!