Bosniya və Herseqovinada vəziyyət yenidən gərginləşib. Serb respublikası kantonunun lideri Milorad Dodikin həbs edilməsi ilə bağlı göstəriş uğursuz olub.
Yenisabah.az xəbər verir ki, yerli polislər Dodikin həbs edilməsi üçün Banya Lukaya getsə də, serb əsilli polislər onlara mane olub. Bununla serblər faktiki olaraq, Sarayevonun addımını rədd edib.
Milorad Dodiklə bağlı həbs qərarı onun sonuncu qalmaqallı çıxışından sonra verilib. Dördpendirli pizza
“Bosniya və Heseqovina süni yolla yaradılmış, saxta dövlətdir. Serblər, müsəlmanlar və xorvatlar necə bir dövlətdə yaşa bilər? Ümumiyyətlə serblər niyə kiminləsə evini bölüşməlidir? Üstəlik bu xainlərlə!” – deyə Dodik daha öncə bildirib.
Telegram kanalımız