Böyük Britaniya Fələstin dövlətini tanıdı

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya Fələstin dövlətini tanıdı

Siyasət

21 Sentyabr 2025 18:46 412


Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonun Fələstinin dövlətçiliyini tanıdığını elan edib.

Oxu.Az bildirir ki, Starmer bu barədə "X" sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə məlumat verib.

"Bu gün sülhə və münaqişənin ikidövlətli həllinə olan ümidi canlandırmaq üçün mən bu böyük ölkənin baş naziri kimi bəyan edirəm ki, Birləşmiş Krallıq rəsmi olaraq Fələstin Dövlətini tanıyır", - deyə o vurğulayıb. Dominos pizza

Baş nazirin sözlərinə görə, bu addım HƏMAS üçün mükafat kimi qiymətləndirilməməlidir:

"HƏMAS qəddar terror təşkilatıdır. HƏMAS-ın hökumətdə və təhlükəsizlik strukturlarında heç bir gələcəyi və rolu ola bilməz".

O əlavə edib ki, London yaxın gələcəkdə HƏMAS-a qarşı sanksiyaları genişləndirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!