Böyük Britaniya kralı III Çarlz və Kraliça Kamilla Ramazan ayına hazırlıq məqsədilə təşkil olunan xüsusi tədbirə qatılıb. Onlar tədbir çərçivəsində iftar süfrələri üçün xurma paketləyib. Paketlənən xurmaların yerli xəstəxanalara göndəriləcəyi və orada müalicə alan müsəlmanların iftar zamanı istifadə etməsi üçün paylanacağı bildirilib.
Yenisabah.az xəbər verir ki, kral və kraliçanın bu təşəbbüsə qoşulması sosial mediada böyük marağa səbəb olub. Görüntülərdə Kral III Çarlz və Kraliça Kamillanın xurmaları böyük həvəslə qablaşdırdıqları, tədbir iştirakçıları ilə söhbət etdikləri və səmimi anlar yaşadıqları görünür.
Tədbirdə Ramazan ayının əhəmiyyəti, paylaşmaq və birlik ruhu barədə də danışılıb. Kral III Çarlz müsəlman icmasının Böyük Britaniyada cəmiyyətə verdiyi töhfələrdən bəhs edərək, Ramazan ayının dəyərini vurğulayıb. O, müxtəlif dinlər və mədəniyyətlər arasında anlaşma və həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edib. Sezar pizza
Əsmətxanım Rzazadə
Telegram kanalımız