Böyük Britaniyada hər gün 100 min insan virusa yoluxur

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniyada hər gün 100 min insan virusa yoluxur

Dünya

29 Oktyabr 2020 07:19 1041


Böyük Britaniyada hər gün təqribən 100 min insan koronavirus xəstəliyinə tutulur.

London İmperial Kollecində aparılan araşdırmada epidemiyanın yayılmasının sürətləndiyi və virusa yoluxanların sayının hər 9 gündə iki dəfə artdığı açıqlanıb.

Tədqiqatçılar virusun yayılmasında kritik mərhələ olduğunu söyləyiblər. Ölkənin bütün hissələrində virusa yoluxmada artım müşahidə olunur. pizza

Hökumət regional karantin strategiyasına sadiq qalaraq Notinqamşayrda yenidən gücləndirilmiş karantin rejiminin tətbiqinə başlayır. Cümə günündən etibarən yeni qaydaların tətbiq olacağı Notinqamşayrda idman zalları, üzgüçülük mərkəzləri və bəzi ictimai yerlərin fəaliyyəti dayandırılacaq. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!