Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Yenisabah.az xəbər verir ki, yarışın son günündə Murad Fətiyev 90 kiloqram çəki dərəcəsində macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb.
Eyni çəkidə mübarizə aparan Vüqar Talıbov isə fransalı Aleksis Mateyuya qalib gələrək bürünc medal qazanıb. pizza sifarişi
Bu gün, həmçinin millinin digər üzvü - Camal Qamzatxanov (100 kiloqram) qızıl mükafat qazanmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
Telegram kanalımız